Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-də Avropa Təhlükəsizlik Şurasının yaradılması müzakirə olunur
Aİ-də Avropa Təhlükəsizlik Şurasının yaradılması müzakirə olunur

Avropa İttifaqında (Aİ) sammitlərin səmərəsizliyi fonunda Avropa Təhlükəsizlik Şurasının yaradılması ideyası aktiv şəkildə müzakirə edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu variant xarici siyasət məsələlərinin müzakirəsində veto hüququndan imtina edilməsi və Avropa Komissiyasının səlahiyyətlərinin genişləndirilməsi təklifləri ilə yanaşı nəzərdən keçirilir. Qəzet yazır ki, Avropa Təhlükəsizlik Şurası müdafiə sahəsində qərarlar qəbul etmək səlahiyyətinə malik yüksək səviyyəli orqan olmalıdır. Yeni qurumun yaradılması, xüsusilə böhran vəziyyətlərində operativ qərarların qəbulunu təmin etmək üçün vacib sayılır, çünki Aİ sammitləri faktiki olaraq işləkliyini itirib.

Nəşr qeyd edir ki, mart ayında keçirilən Aİ sammitində liderlər Yaxın Şərqdə münaqişənin qızğın çağında karbon kvotaları mexanizminin incəliklərini saatlarla müzakirə ediblər. “Böyük qaz yataqları alovlandığı bir vaxtda bunu ən böyük problem kimi təqdim etmək qəribədir”, – deyə Aİ rəsmilərindən biri nəşrə bildirib.

Qəzetin yazdığına görə, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Aİ-ni “təhlükəsizlik çərçivəsini köklü şəkildə yenidən düşünməyə” çağırıb.

Bundan əlavə, oktyabr, dekabr və mart sammitlərinin gündəliyinin böyük hissəsi əvvəlki görüşlərdən qalan həll olunmamış məsələlərə – müdafiə hazırlığından tutmuş Aİ iqtisadiyyatının bərpası planlarına qədər – həsr olunub. Nəşrdə bildirilir ki, “özünün səmərəsiz strukturu” çərçivəsində 27 üzv ölkənin liderləri vaxtaşırı toplaşaraq blokun prioritetlərini müzakirə edir, siyasi istiqaməti müəyyənləşdirir və uzun müzakirə, mübahisə və kompromislərdən sonra konsensus əsasında birgə bəyanatlar qəbul edirlər.

Qəzet sonda vurğulayır ki, Aİ əsasən iqtisadi inteqrasiya məqsədilə yaradılıb, sərt güc tətbiqi üçün deyil və onun təhlükəsizliyi uzun müddət ABŞ-a həvalə olunub. Lakin Avropa İttifaqının formalaşdığı dünya artıq mövcud deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »