Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koloradoda bağbanlara təhlükəli “atlayan qurd” barədə xəbərdarlıq edilib
Koloradoda bağbanlara təhlükəli “atlayan qurd” barədə xəbərdarlıq edilib

ABŞ-ın Kolorado ştatının Kənd Təsərrüfatı Departamenti torpaqlarda yayılan və kənd təsərrüfatı üçün təhlükə yaradan Asiya mənşəli “atlayan qurd” barədə sakinləri xəbərdar edib.

Bizimyol.info xəbər verir ki, bu barədə qurum rəsmi saytında məlumat yayıb.

Bildirilir ki, cari bağçılıq mövsümü adi vaxtdan daha tez başladığı üçün departament yeni və aqressiv invaziv növ haqqında xəbərdarlıq etməyi vacib sayıb. Qurumun açıqlamasında qeyd olunur ki, “atlayan qurd” ciddi ekoloji və iqtisadi risk yaradır.

Sözügedən Asiya atlayan qurdu “dəli qurd” və ya “ilan qurd” kimi də tanınır. O, qeyri-adi, nizamsız hərəkətləri ilə seçilir və torpağın üst qatında yaşayır. Bu qurdlar üzvi maddələr və tökülmüş yarpaqları yeyərək torpağın bitkilərin böyüməsi üçün vacib olan qida qatını azaldır.

Departament bağbanlara və landşaft dizaynerlərinə torpağın bir yerdən başqa yerə daşınmaması, bitkilərin diqqətlə yoxlanılması və kompost mənbələrinin araşdırılması ilə bağlı tövsiyələr verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »