Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Ukraynaya 90 milyard avro kredit və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyib
Aİ Ukraynaya 90 milyard avro kredit və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Ukraynaya 90 milyard avro həcmində kredit ayrılmasını və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyiblər.

Bizimyol.info xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, Aİ-də Kipr sədrliyi bildirib ki, 90 milyard avroluq kreditə artıq üzv ölkələrin səfirləri tərəfindən ilkin “yaşıl işıq” yandırılıb”.

Kipr sədrliyinin nümayəndəsi qeyd edib ki, sənədlər yekun təsdiq üçün indi yazılı prosedurdan keçəcək. Gözlənilir ki, bu proses aprelin 23-də günortadan sonra başa çatacaq. Məhz həmin vaxt Aİ liderləri Kiprdə görüş üçün toplaşmalıdır.

Viktor Orbán Ukraynaya 90 milyard avroluq faizsiz kreditin ayrılmasına “Drujba” neft kəmərinin fəaliyyətinin dayandırılması səbəbilə veto qoymuşdu. Onun seçkilərdə məğlubiyyətindən sonra baş nazir postunda əvəzləməsi gözlənilən Péter Magyar hesab edir ki, Macarıstana neft tədarükü bərpa olunduqdan sonra Orban vetonu geri götürəcək.

Ukrayna prezidenti Vladimir Zelenski bundan əvvəl “Drujba” neft kəmərinin fəaliyyətinin bərpa olunduğunu açıqlayıb və ümid etdiyini bildirib ki, bu, Aİ tərəfindən Ukraynaya 90 milyard avro kredit ayrılması qarşısındakı əsas maneəni aradan qaldıracaq.

Aprelin 21-də isə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Avropa İttifaqı yaxın 24 saat ərzində 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq kredit paketini yekun şəkildə təsdiqləməlidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »