Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son damla qanımıza qədər mübarizə aparacağıq - İran
Son damla qanımıza qədər mübarizə aparacağıq - İran

İran mübarizəni sona qədər davam etdirmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-leytenant Əmir Hatəmi bəyan edib.

“Hazırda ölkəmiz və əziz xalqımız ən cinayətkar düşmənlərin hücumuna məruz qaldığı bir vaxtda, biz birlikdə, çiyin-çiyinə son damla qanımıza qədər vuruşacaq və qəti, yekun qələbə qazanacağıq”, – deyə o bildirib.

ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Aprelin 21-də ABŞ prezidenti atəşkəs rejimini uzatmaq niyyətini açıqlayıb. İran dövlət televiziyasının yaydığı məlumata görə, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »