Berlin şəhərində Moskvanın kəşfiyyat fəaliyyəti və təhdidləri ilə bağlı növbəti diplomatik qalmaqal baş verir.
Bizimyol.info xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, Olaf Şolz hökumətini kəskin tədbirlər görməyə sövq edən səbəb Almaniyanın müdafiə müəssisələrinin koordinatlarının yayılması olub.
Məsələ Ukraynaya dron və komponentlər istehsal edən şirkətlərin obyektlərinin dəqiq yerlərinin Rusiya informasiya resurslarında yayımlanması ilə bağlıdır. Bu məlumatlar yayılarkən diversiya əməliyyatları çağırışları və Almaniyanın daxili bölgələrində yerləşən obyektlərə raket zərbələri ilə bağlı birbaşa təhdidlər də yer alıb.
Almaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilir ki, bu cür hərəkətlər Kreml tərəfindən Kiyevin Avropa müttəfiqlərinə qarşı aparılan hibrid müharibəsinin bir hissəsidir. “Rusiyanın Almaniyadakı obyektlərə birbaşa təhdidləri, Ukraynaya dəstəyimizi zəiflətmək və birliyimizi sınağa çəkmək cəhdidir,” – deyə sənəddə qeyd olunur. Nazirliyin nümayəndələri vurğulayıblar ki, Berlinin cavabı açıqdır: “Biz qorxuda bilməzlər”.
Berlinin fikrincə, belə məlumatların toplanması və yayılması ölkənin daxili təhlükəsizliyini pozmağa yönəlib. “Bu cür təhdidlər və Almaniyada hər hansı casus fəaliyyəti tamamilə qəbuledilməzdir. Elə bu səbəbdən rus səfir çağırılıb,” – deyə nazirlik əlavə edib.
Bizimyol.info






