Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu Livanda baş verən insidentə görə təəssüflənib, amma İsa Məsihin adını çəkməyib
Netanyahu Livanda baş verən insidentə görə təəssüflənib, amma İsa Məsihin adını çəkməyib

İsrailin Baş naziri Binyamin Netanyahu Livanın cənubunda baş vermiş insidentdən şoka düşdüyünü bildirib. Hadisə zamanı İsrail ordusunun hərbçisi İsa Məsihin heykəlini təhqir etmişdi. Netanyahu bu hərəkəti qətiyyətlə pisləyib və əmin olduğunu bildirib ki, ordu rəhbərliyi məsələni araşdıracaq və günahkarları cəzalandıracaq. Lakin bəyanatında İsa Məsihin adı bir dəfə də çəkilməyib.

Bizimyol.info xəbər verir ki, əvvəlcə Livan KİV-ləri İsrail hərbçisinin Livanın cənubundakı Dibel məhəlləsində İsa Məsihin heykəlini sındırdığını göstərən foto yayıb. İsrail Müdafiə Ordusunun rəsmi bəyanatında da fotoşəkildəki şəxsin həqiqətən İsrail hərbçisi olduğu təsdiqlənib. Ordu insidentlə bağlı daxili araşdırma aparmağa başlayıb və günahkarların məsuliyyətə cəlb ediləcəyini vəd edib. Netanyahu "X" sosial şəbəkəsində: “Dünən mən, demək olar ki, bütün israillilər kimi, Livanın cənubunda İsrail Müdafiə Ordusunun hərbçisinin katolik dini ikonunu zədələməsi xəbərindən şoka düşdüm və kədərləndim. Mən bu hərəkəti qətiyyətlə pisləyirəm. Hərbi rəhbərlik cinayət işi üzrə araşdırma aparır və qaydanı pozan şəxsə münasibətə uyğun intizam tədbirləri görəcək”, - deyə yazaraq qeyd edib.

O bildirib ki, İsrail yəhudi dövləti olaraq yəhudi dəyərlərinə hörmət edir və bütün dini konfessiyalar arasında qarşılıqlı hörmətə sadiqdir. “Torpağımızda bütün dinlər inkişaf edir və biz hər bir konfessiyaya cəmiyyətimizin və regionumuzun qurulmasında bərabər yanaşırıq”, – deyə baş nazir vurğulayıb.

“İsrail Yaxın Şərqdə bütün dinlər üçün din azadlığının təmin olunduğu yeganə yerdir. Biz baş verən insidentə və Livandakı və dünya üzrə inanclara vurulan ziyana görə təəssüflənirik”, – deyə yəhudi dövlətinin baş naziri əlavə edib.

Netanyahunun bəyanatında İsrail hərbçisi tərəfindən zədələnən İsa Məsihin adı bir dəfə də çəkilməyib. Hadisəni şərh edən digər israilli rəsmi şəxslər də İsa Məsihin adını qeyd etməkdən çəkiniblər. Məsələn, İsrailin xarici işlər naziri Gideon Saar insidentə görə təəssüfləndiyini bildirərkən heykəli “xristian dini simvolu” adlandırıb, İsrail Müdafiə Ordusunun mətbuat xidməti isə “xristian simvolu” ifadəsini işlədib.

Bizimyol.info

Şəkilin açıqlaması yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »