Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: İran və ABŞ arasında münaqişədə qalib olmayacaq
Lukaşenko: İran və ABŞ arasında münaqişədə qalib olmayacaq

Qalibin İran və ABŞ arasında mümkün münaqişədə olmayacağını, hazırda isə yalnız kövrək sülhün mövcud olduğunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, vəziyyətin gələcək inkişafı ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılı olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Lukaşenko "RT"yə verdiyi müsahibədə bildirib.

“Burada qalib olmayacaq. Hazırda sülh az da olsa qazanılıb, amma bu çox kövrəkdir. Onu qoruyub saxlamaq və real sülhə nail olmaq lazımdır. Burada çox şey Donald Trampdan asılı olacaq”, – deyə o qeyd edib.

Belarus prezidenti əlavə edib ki, Trampın intuisiya və hissləri bu dəfə üstün gəlib və o, vəziyyətin daha da gərginləşməsinin fəsadlar doğuracağını anlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »