Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordusu cəbhə xətti boyunca lokal hücumlar həyata keçirir, strateji irəliləyiş yoxdur
Rusiya ordusu cəbhə xətti boyunca lokal hücumlar həyata keçirir, strateji irəliləyiş yoxdur

Rusiya qoşunları son günlər cəbhə xəttinin müxtəlif istiqamətlərində taqım səviyyəsində və daha kiçik miqyaslı hücumlar həyata keçirib. Lakin bu əməliyyatların 2026-cı ilin yaz–yay hücum kampaniyasına ciddi təsir göstərəcəyi ehtimal olunmur.

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu (MTİ) hesabat yayıb.

Analitiklərin məlumatına görə, son 48 saat ərzində Rusiya ordusu üç bölgədə dörd mexanikləşdirilmiş və motoatıcı hücum həyata keçirib. Bunlara Çasov Yar istiqamətində iki hücum, Qulyaypol yaxınlığında Svetopetrovka istiqamətində motoatcı hücum və Kursk vilayətində Kuxerovo yaxınlığında taqım səviyyəsində mexanikləşdirilmiş hücum daxildir.

MTİ bildirir ki, bu hücumların heç biri taktiki baxımdan əhəmiyyətli nəticə verməyib və onların əksəriyyəti təmas xəttindən irəli keçməyib. Analitiklərin fikrincə, bu əməliyyatlar kəşfiyyat xarakterli ola bilər və Ukrayna müdafiə mövqelərini yoxlamaq məqsədi daşıyır.

Eyni zamanda qeyd olunur ki, Rusiya bu cür hücumlarla Ukrayna qüvvələrini müxtəlif istiqamətlərdə yayındırmağa və xüsusilə Donetsk vilayətindəki müdafiə xəttinə təzyiq göstərməyə çalışır. Xüsusi diqqət Slovyansk istiqamətinə yönəlib.

Bununla belə, MTİ hesab edir ki, bu strategiyanın effektiv olması üçün Rusiya daha böyük qüvvə və resursları uzun müddət ərzində cəmləməlidir.

Analitiklər həmçinin bildirirlər ki, Rusiya yaz–yay hücumu çərçivəsində bir neçə istiqamətdə eyni vaxtda aktivlik görüntüsü yaratmağa çalışsa da, bu əməliyyatlar hələlik ciddi nəticələr vermir və əsas hücum istiqamətlərinə dəstək xarakteri daşımır.

"DeepState" məlumatına görə isə Rusiya ordusu Sumı vilayətinin sərhədinə yaxın iki yaşayış məntəqəsində – Proxodi və Taratutino kəndlərində irəliləyib. Bundan əlavə, Donetsk vilayətində Rodynske və Lyman yaxınlığında, eləcə də Reznikivka kəndi ətrafında da irəliləyiş qeydə alınıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »