İran Silahlı Qüvvələrinin əməliyyatları idarə edən Hatemül-Ənbiya Mərkəzi Qərargahı ABŞ-nin dəniz blokadasını davam etdirməsi səbəbilə Hörmüz boğazına nəzarətin əvvəlki vəziyyətə qaytarıldığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Mərkəzi Qərargahın boğazla bağlı rəsmi bəyanatında qeyd edilib.
Bəyanatda bildirilir ki, İran danışıqlarda əldə olunan razılaşmaya uyğun olaraq xoş niyyət nümayiş etdirərək məhdud sayda mülki gəmilərin nəzarətli keçidinə icazə verib. Lakin ABŞ “əvvəlki dövrlərdə olduğu kimi” öhdəliklərinə əməl etməyərək dəniz blakadasını davam etdirib.
Bu səbəbdən Hörmüz boğazının yenidən bağlandığı və boğaza İran Silahlı Qüvvələri tərəfindən sərt nəzarət tətbiq ediləcəyi qeyd olunub.
Həmçinin bəyanatda vurğulanır ki, ABŞ İran istiqamətində gələn və ölkədən çıxan gəmilərin sərbəst hərəkətinə icazə verənə qədər Hörmüz boğazında ciddi nəzarət davam edəcək.
Qadir, Bizimyol.info






