Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Avropa ABŞ-ın NATO-dakı etibarlı müttəfiqi olmasını təmin etməlidir
Stoltenberq: Avropa ABŞ-ın NATO-dakı etibarlı müttəfiqi olmasını təmin etməlidir

NATO-nun Avropa üzvləri gələcəkdə ABŞ-ın alyansdakı etibarlı müttəfiqi olmasını təmin etmək üçün əllərindən gələni etməlidirlər.

Bizimyol.info xəbər verir ki, bu fikri təşkilatın keçmiş baş katibi Yens Stoltenberq CNN telekanalına verdiyi müsahibədə ifadə edib.

“Vacibdir ki, biz Avropa tərəfi olaraq ABŞ-ın gələcəkdə etibarlı NATO müttəfiqi olmasını təmin etmək üçün əlimizdən gələni edək”, – deyə Stoltenberq ABŞ prezidentinin Donald Trampın son açıqlamalarını nəzərə alaraq, ABŞ-ın digər NATO ölkələri üçün etibarlı müttəfiq olub-olmadığı barədə sualı cavablandırarkən deyib.

O bildirib ki, hazırda ABŞ ilə alyansın digər üzvləri arasında müəyyən fikir ayrılıqları mövcuddur, lakin yalnız birlikdə olduqda bu ölkələr özlərini təhlükəsiz hiss edə bilərlər.

Əvvəllər Tramp ABŞ-ın NATO çərçivəsində kursunu ciddi şəkildə yenidən gözdən keçirəcəyini bildirmişdi. Amerikanın liderinə görə, Şimali Atlantika alyansı ABŞ-ı İranla bağlı vəziyyətdə dəstəkləməyib, baxmayaraq ki, ABŞ “NATO üçün trilyonlarla dollar ödəyir”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »