Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: İranla münaqişə yaxın zamanlarda bitə və danışıqlar yenidən başlaya bilər
Tramp: İranla münaqişə yaxın zamanlarda bitə və danışıqlar yenidən başlaya bilər

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla hərbi qarşıdurma yaxın zamanlarda sona çata bilər və tərəflər arasında danışıqlar artıq bir neçə gün içində bərpa oluna bilər.

Bizimyol.info xəbər verir ki, "Fox" telekanalına müsahibəsində Tramp münaqişənin başa çatmasına dair sualı cavablandırarkən: “Məncə, bu, sona çox yaxındır. Mən vəziyyəti çox yaxın zamanlarda bitəcək kimi qiymətləndirirəm”, – deyə bildirib. "New York Post" qəzetinə verdiyi müsahibədə Tramp sülh danışıqlarının “növbəti iki gün ərzində baş tutmasının mümkünlüyünü” istisna etməyib. “Əgər mən prezident olmasaydım, dünya parçalana bilərdi”, -deyə əlavə edib. O, İranla atəşkəsin uzadılmasının planlaşdırılmadığını və bunun zəruri olmadığını vurğulayıb, eyni zamanda “qarşıda heyrətamiz iki gün” olacağına işarə edib.

Bu açıqlamalar Pakistanın keçən həftəsonu keçirilən görüşlərinin razılıq əldə etməməsindən sonra gəlib; tərəflər Hörmüz boğazı və İranın nüvə proqramının gələcəyi ilə bağlı məsələlərdə razılığa gələ bilməyiblər.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens ölkələr arasında onilliklər ərzində yığılan etimadsızlığın sürətlə aradan qalxa bilməyəcəyini etiraf edib. O, həmçinin qeyd edib ki, İran nümayəndələri razılaşma əldə etməyə maraqlıdır və administrasiyanın mövqeyi dəyişməz olaraq qalır: İran nüvə silahına sahib olmamalıdır, danışıqların məqsədi məhz budur.

Vens "Turning Point USA" tədbirində (Cənci Ceorgia, Atlanta) çıxışı zamanı bildirib ki, Ağ Ev rəhbəri İranla “böyük bir razılaşma” əldə etməyə çalışır. O, Pakistan görüşlərində irəliləyiş olduğunu vurğulasa da, qismən razılaşmalardan danışmadığını və Vaşinqtonun daha geniş formatlı saziş axtardığını qeyd edib.

Vitse-prezident həmçinin ölkələr arasında davam edən qarşılıqlı etimadsızlığa diqqət çəkib: “Bu problemi bir gecədə həll etmək mümkün deyil”, – deyə bildirib.

Bunun fonunda ABŞ İran limanlarını dəniz blokadasında saxlayır və İran neftinin ixracına qarşı tam sanksiya paketini bərpa etməyi planlaşdırır. Bu tədbirlər həftəsonu nəticəsiz danışıqlardan sonra həyata keçirilib.

ABŞ tərəfi bildirib ki, blokadaya başladığı ilk gündə heç bir gəmi nəzarət zonalarından keçməyib. Bununla belə, BBC tərəfindən təsdiqlənmiş izləmə məlumatları göstərir ki, İranla bağlı dörd gəmi məhdudiyyətlər qüvvəyə mindikdən sonra Hörmüz boğazını keçib.

Hazırda vəziyyət iki həftəlik atəşkəs rejimi çərçivəsindədir və bu müddət gələn həftə başa çatır.

BMT Baş katibi António Quterreş danışıqların bərpa olunma ehtimalını “yüksək” qiymətləndirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »