Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Kütahya bölgəsində 4.8 bal gücündə zəlzələ olub
Türkiyənin Kütahya bölgəsində 4.8 bal gücündə zəlzələ olub

Türkitənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) zəlzələnin Kütahyanın Simav rayonunda meydana gəldiyini açıqlayıb. Kütahya Valisi Musa Işın bildirib ki, zəlzələ nəticəsində hər hansı bir mənfi hadisə baş verməyib.

Bizimyol.info xəbər verir ki, AFAD-ın verdiyi məlumata görə, saat 17:31-də ocağı Simav ərrazisində olan 4.8 bal gücündə zəlzələ qeydə alınıb. Yerin 9,12 kilometr dərinliyində baş verən təkanlar qısa müddətli təşvişə səbəb olub. Zəlzələ İzmir və ətraf bölgələrdə də hiss edilib.

Simavda baş verən 4.8 bal gücündəki zəlzələdən sonra 3.2 və 3.7 bal gücündə aftaşoklar olub.

"Kütahyanın Simav rayonunda saat 17:31-də baş verən və Uşak, Kütahya, Balıkesir, Bursa, Bilecik illərində də hiss edilən 4.8 bal gücündə zəlzələdən sonra indiyə qədər hər hansı bir mənfi durum qeydə alınmayıb. Ərazidə yoxlama işləri davam edir", - deyə AFAD-dan verilən açıqlamada qeyd edilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »