Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının tam icrasına ümid edir
Ərdoğan ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının tam icrasına ümid edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasını alqışladığını və onun təxribatlar və sabotajlar olmadan tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan bu barədə “X” platformasında yazıb.

“Dünən axşam elan olunan atəşkəsi alqışlayırıq. Fevralın 28-dən etibarən bölgəmizi barıt çəlləyinə çevirən müharibədə bu addım mühüm əhəmiyyət daşıyır. Ümid edirik ki, razılaşma mümkün təxribat və sabotajlara yol verilmədən tam icra olunacaq”, - deyə Türkiyə Prezidenti qeyd edib.

O, həmçinin bildirib ki, Türkiyə atəşkəsə gətirib çıxaran prosesin bütün iştirakçılarını, xüsusilə vasitəçi rolunu oynayan dost və qardaş Pakistanı ürəkdən təbrik edir.

“Müharibə, münaqişələr, gərginlik və zülmdən ciddi şəkildə zərər çəkmiş bölgəmizin ən qısa zamanda sülhə, sabitliyə və əmin-amanlığa qovuşmasını səmimi qəlbdən arzulayırıq. Türkiyə regionda və bütün dünyada sülhün tərəfdarı olaraq fəaliyyətini davam etdirəcək”, - deyə Ərdoğan əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »