Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya: Şimali Koreya ballistik raket buraxıb
Yaponiya: Şimali Koreya ballistik raket buraxıb

Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi – sahil mühafizəsi funksiyasını yerinə yetirən qurum – Şimali Koreyanın ehtimal ki, ballistik raket buraxdığını bildirib. Raketin uçuş istiqaməti və tipi barədə ətraflı məlumat verilməyib.

Bizimyol.info xəbər verir ki, daha sonra Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi raketin artıq düşdüyünü açıqlayıb; raket buraxıldıqdan 9 dəqiqə sonra yerə düşüb.

Eyni zamanda NHK telekanalı xəbər verib ki, raket Yaponiyanın istisna iqtisadi zonasının hüdudlarından kənara düşüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »