ABŞ ilə İran arasında əldə olunmuş iki həftəlik atəşkəs Livana şamil edilmir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Times of Israel" nəşrinin yaydığı məlumata görə, İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi açıqlama verib.
Bəyanatda qeyd olunur ki, “iki həftəlik atəşkəs Livana şamil edilmir”.
Daha əvvəl qəzet yazmışdı ki, Pakistanın Baş naziri Şahbaz Şərifin atəşkəs rejiminin “o cümlədən Livanda və hər yerdə” dərhal qüvvəyə mindiyi barədə bəyanatına baxmayaraq, İsrailin Livanda fəaliyyət göstərən şiə hərəkatı Hizbullaha qarşı əməliyyatlarını dayandırdığına dair heç bir əlamət yoxdur.
Bizimyol.info






