ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların 2 həftə müddətinə dayandırıldığını açıqlayıb. Söhbət qarşılıqlı atəşkəs razılaşmasından gedir.
Bizimyol.info xəbər verir ki, Trampın sözlərinə görə, bu qərar ABŞ-ın “bütün hərbi məqsədlərə nail olub və onları üstələdikdən sonra” qəbul edilib. O həmçinin qeyd edib ki, tərəflər Yaxın Şərqdə vəziyyətin uzunmüddətli tənzimlənməsi və sabitləşdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər.
ABŞ lideri bildirib ki, Vaşinqton İrandan 10 maddədən ibarət təklif alıb. Onun qiymətləndirməsinə görə, bu sənəd gələcək danışıqlar üçün işlək əsas rolunu oynaya bilər.
Tramp vurğulayıb ki, əsas fikir ayrılıqlarının əksəriyyəti üzrə artıq razılıq əldə olunub. Onun sözlərinə görə, əlavə 2 həftə yekun razılaşmanın tam uyğunlaşdırılması və rəsmiləşdirilməsi üçün lazımdır.
O əlavə edib ki, mövcud mərhələ uzunmüddətli münaqişənin həllinə yaxın bir vəziyyət kimi qiymətləndirilir.
Qadir, Bizimyol.info






