İranın Məşhəd şəhərində bütün qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə yerli rəhbərlik "Fars" xəbər agentliyinə məlumat verib.
Xəbərdə deyilir ki, İsrailin hərbi qüvvələri tərəfindən verilmiş təcili xəbərdarlıq səbəbindən qatarların dayandırılması qərara alınıb.
"Sionist rejim tərəfindən ölkənin dəmiryol sisteminə mümkün hücum barədə verilmiş qeyri-etik xəbərdarlıq səbəbindən və təhlükəsizlik tədbiri kimi Məşhəd dəmiryol stansiyasından bütün qatarların hərəkəti sonrakı bildirişə qədər dayandırılıb" — deyə şəhər qubernatorunun verdiyi məlumatda qeyd olunur.
Məşhəd ölkənin əsas nəqliyyat mərkəzlərindən biri olduğundan, qatarların dayandırılması İran dəmiryolunun kritik istiqamətlərinin effektiv bloklanması deməkdir.
Xəbərin yayılmasına səbəb İsrailin Müdafiə Ordusunun (ÇAHAL) İran vətəndaşlarına ünvanladığı rəsmi müraciət olub. İsrail hərbçiləri 12 saatlıq təcili xəbərdarlıq verərək İran vətəndaşlarını qatar səyahətlərindən çəkinməyə və dəmiryol obyektlərindən uzaq durmağa çağırıb. Bəyanatda dəmir yolu obyektlərində olmaq həyat üçün birbaşa təhlükə yaratdığı vurğulanıb.
Qadir, Bizimyol.info






