Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: Yaxşı və çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik
İlham Əliyev: Yaxşı və çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, bununla bağlı dövlət başçısı “X” sosial platforma hesabında paylaşım edilib.

“İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, - deyə paylaşımda qeyd edilib.

Son xəbərlər
Bütün xəbərlər »