Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Paşinyandan Rusiya vətəndaşlarını seçkilərə buraxmağı tələb edib, Baş nazir ona "yox" deyib
Putin Paşinyandan Rusiya vətəndaşlarını seçkilərə buraxmağı tələb edib, Baş nazir ona "yox" deyib

Moskvada Kremlin qonağı olan Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə yaxınlaşan parlament seçkiləri əsas müzakirə mövzusu olub.

Bizimyol.info xəbər verir ki, dialoq iki liderin fərqli mövqelərini açıq şəkildə göstərib.

Putin: “Ermənistanda çoxlu dostlarımız var. Çoxlu erməni Rusiya Federasiyasında yaşayır – statistik məlumatlara görə, onların sayı 2 milyondan çoxdur. Bununla yanaşı, bir çox siyasi qüvvələr də pro-Rusiya mövqedədir. Biz istəyərdik ki, bütün bu siyasi partiyalar və siyasətçilər seçkilərdə iştirak edə bilsinlər. Bəzi şəxslərin həbsdə olduğunu bilirik, baxmayaraq ki, onların Rusiya pasportu var. Bu, sizin qərarınızdır, biz müdaxilə etmirik, amma istərdik ki, onlar seçkilərdə iştirak edə bilsinlər”, - deyə açıq mətnlə Paşinyana seçkilərlə bağlı tələb irəli sürüb.

Paşinyan isə Rusiya prezidentinə qanun çərçivəsində cavab verib: “Önümüzdə parlament seçkiləri var – bu seçkilər həm deputatları, həm də faktiki olaraq Baş naziri seçir. Amma bu seçkilərdə yalnız Ermənistan vətəndaşları iştirak edə bilər. Hörmətlə bildirirəm ki, Rusiya pasportu olan şəxslər Konstitusiyaya görə deputat və ya Baş nazir ola bilməz. Burada heç bir məhdudiyyət yoxdur, çünki qanun aydındır”, - deyə o qeyd edib. Baş nazir dolayısı ilə Putinin tələbinə Konstitusiyaya istinad edərək "yox" deyib.

Ekspertlər hesab edirlər ki, bu dialoq Rusiya-Ermənistan münasibətlərində qanuni çərçivələrin və strateji maraqların necə qorunduğunu göstərir. Putin Ermənistanın demokratik proseslərinə diqqət çəkir, Paşinyan isə seçkilərin qanuni prosedurlara uyğun keçəcəyini vurğulayır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »