Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merz: İran ətrafındakı konfliktin Avropaya təsiri pandemiya qədər ciddi ola bilər
Merz: İran ətrafındakı konfliktin Avropaya təsiri pandemiya qədər ciddi ola bilər

Almaniya Kansleri Fridrix Merts bildirib ki, İran ətrafındakı konflikt genişlənərsə, onun Almaniya və Avropaya təsiri koronavirus pandemiyasının nəticələri qədər ciddi olacaq.

Bizimyol.info xəbər verir ki, Merz bu barədə Suriya prezidenti Əhməd əş-Şəraa ilə birgə mətbuat konfransında bildirib.

“Bu müharibə hamımıza mənfi təsir edir. O, artıq gündəlik həyatımıza daxil olub: bir neçə həftədir ki, alman ailələri və şirkətlər üçün yanacaq və elektrik enerjisinin qiymətləri artıb. Yenidən sinaqoqlar və yəhudi icmaları üçün polis mühafizəsini gücləndirməli oluruq. Əgər bu müharibə böyük regional konfliktdə dönüşsə, Almaniya və Avropaya vuracağı zərbə "COVID-19" pandemiyası və ya Ukraynada müharibənin başlanğıcındakı təsirlər qədər ciddi ola bilər,” – deyə kansler qeyd edib.

Hökumət rəhbəri həmçinin İran ətrafındakı konfliktin tezliklə sona çatmasının vacibliyini vurğulayıb. “Lazımi şərtlər yerinə yetirildiyi halda, Almaniya, əlbəttə, Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasına töhfə verməyə hazırdır. Biz bununla bağlı geniş təkliflər hazırlamışıq. Mən bunu beynəlxalq əlaqələndirmə qrupunun çərçivəsində həyata keçirməyi təklif edirəm ki, Almaniya kimi yardım göstərməyə hazır ölkələr arasında ən yaxşı koordinasiyanı təmin edək,” – deyə Mer bildirib.

Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İranla müharibəyə başlayıb. İranın ən böyük şəhərləri, o cümlədən Tehran, zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb. Bundan əlavə, Bəhreyn, İordaniya, İraq, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektləri də zərbələr alıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »