Finlandiya polisi ölkə ərazisinə düşən dronlardan birini içərisində partlayıcı maddə olma ehtimalı səbəbindən nəzarətli partlayışla məhv edib.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları açıqlama yayıb.
“Martın 29-u, bazar günü, Finlandiyanın cənub-şərqində düşən iki drondan biri dünən axşam nəzarətli partlayış yolu ilə zərərsizləşdirilib. Dron, Koivola şəhərinin şimalında düşmüşdü və ilkin qiymətləndirməyə görə, içərisində partlayıcı maddələr mövcud idi”, - deyə açıqlamada qeyd edilib. Polisdən bildirilib ki, dron ehtimal ki, partlamamış hərbi başlıq daşıyırmış.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Martın 29-da Koivola yaxınlığında iki dronun düşdüyü barədə Finlandiya Milli Müdafiə Nazirinin açıqlamasına istinadən "Yle" tele-radio şirkəti məlumat yayıb. Finlandiya Hərbi Hava Qüvvələrinin daha sonra verdiyi açıqlamaya görə, düşən dronlardan ən azı biri Ukrayna istehsalı olan "An-196" model dron kimi tanınıb.
Bizimyol.info






