Dünyanın ən məşhur mesajlaşma tətbiqi "WhatsApp" tezliklə avtomobillərdə öz müstəqil tətbiqinə sahib olacaq.
Bizimyol.info "Webtekno"ya istnadən xəbər verir ki, bu barədə məlumatı "WABetaInfo" yayıb.
Hazırda avtomobillərdə "WhatsApp" mesajları yalnız "Android Auto" və "Apple CarPlay" vasitəsilə izlənilə bilir. Yeni xüsusiyyət isə "iOS"un beta versiyasında aşkar edilib və "WhatsApp"ın "Apple CarPlay"ə inteqrasiya olunmuş tam funksional tətbiqinin gələcəyini göstərir.
Yeni tətbiq vasitəsilə istifadəçilər mesajları oxuya, yazışma siyahılarına baxa, mesaj göndərə və zəngləri idarə edə biləcəklər. Ekran görüntülərinə əsasən tətbiqin istifadəsi sürücülər üçün sadələşdirilmiş və təhlükəsiz olacaq.
Xüsusiyyət hələ test mərhələsindədir və geniş istifadəyə nə zaman veriləcəyi barədə rəsmi məlumat yoxdur. Bu yenilik sürücülər üçün avtomobildə "WhatsApp"dan daha rahat və təhlükəsiz istifadə imkanları yaradacaq.
Bizimyol.info






