Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Dubaydakı Ukrayna PUA sistemləri anbarının məhv edildiyini bildirib – XİN-dən reaksiya
İran Dubaydakı Ukrayna PUA sistemləri anbarının məhv edildiyini bildirib – XİN-dən reaksiya

İran Dubaydakı Ukrayna dron əleyhinə sistemlərinin anbarına zərbə endirdiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, İranın "Fars" agentliyinin məlumatına görə, iddiada bildirilir ki, anbar məhv edilib və içərisində ən azı 20 Ukrayna mütəxəssisi olub.

“Dubaydakı amerikalı komandir və əsgərlərin sığınacaqlarına endirilən zərbə ilə eyni vaxtda, böyük itkilərə səbəb olan əməliyyat çərçivəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmik və dəniz qüvvələrinin birgə əməliyyatı nəticəsində, amerika ordusuna yardım məqsədilə Dubayda yerləşən Ukrayna dron əleyhinə sistemlərinin anbarı məhv edilib. Orada həmçinin 21 ukraynalı da olub”, – məlumatda deyilir.

Fars agentliyi bildirir ki, Ukrayna mütəxəssislərinin ehtimal ki, həlak olduğu düşünülür.

Lakin Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgiy Tixiy jurnalistlərə açıqlamasında bu iddianı təkzib edib. “Bu yalandır, rəsmi şəkildə bu məlumatı inkar edirik. İran rejimi tez-tez belə dezinformasiya əməliyyatları aparır – və bu baxımdan ruslardan heç nə ilə fərqlənmir”, – deyə Tixiy qeyd edib.

Əvvəllər Prezident Vladimir Zelenski Ukrayna mütəxəssislərinin “Şahəd” tipli İran hücum dronlarına qarşı artıq Birləşmiş Ərəb Əmirliklərində, Qətərdə və Səudiyyə Ərəbistanında fəaliyyət göstərdiyini bildirmişdi. Həmçinin ukraynalılar Küveytə də göndərilib. Bu layihəyə 200-dən çox ukraynalının cəlb edildiyi qeyd olunurdu.

Tehran iddia edir ki, Ukraynanın İsrailə, xüsusən də PUA-larla bağlı hər hansı bir yardımı, guya Ukrayna ərazisini Tehranın raket zərbələri üçün "qanuni hədəf"ə çevirir. Xüsusilə İran, Ukraynaya hücumlar üçün Rusiyaya "Şahed" dronlarının verilməsindən bəhs etmədən BMT qətnaməsinə istinad edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »