İspaniya Baş Naziri Pedro Sançes hesab edir ki, ABŞ və İsrailin İrana qarşı münaqişəsi səhv addımdır və “qlobal iqtisadi zəlzələ” təhlükəsi yaradır.
Bizimyol.info xəbər verir ki, bu barədə baş nazir iqtisadi forumda çıxışı zamanı bildirib.
“Müharibəni xarici dövlətlərin liderləri başladıb, amma 20 milyon ispan ailəsinin bunun üçün haqq ödəməsinə imkan verə bilmərik. Yaxın Şərqdə müharibə – fəlakətdir, siyasi baxımdan ciddi səhv, əlbəttə ki, geosiyasi və iqtisadi baxımdan da yanlışdır” – deyə Sançes qeyd edib.
Onun sözlərinə görə, münaqişə “beynəlxalq ticarətin ən vacib arteriyası – Hörmuz boğazını” destabilizə edir və “qlobal iqtisadi zəlzələ” ilə nəticələnə biləcək vəziyyət yaradır. Baş nazir hesab edir ki, bu vəziyyət artıq ispanların cibinə təsir göstərir.
Bizimyol.info






