Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Lukaşenkonun Şimali Koreya səfərini diqqətlə izləyir
Yaponiya Lukaşenkonun Şimali Koreya səfərini diqqətlə izləyir

Yaponiya hökuməti Belarus Prezidenti Aleksandr Lukaşenkonun Şimali Koreya səfərini diqqətlə izləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Baş Nazirinin Kabineti Baş Katibi Minoru Kihara bildirib.

“Biz Şimali Koreya ilə bağlı bütün prosesləri, o cümlədən Belarusla əlaqələrin inkişafını diqqətlə izləyirik. Məlumat toplayır və analiz edirik”, - deyə o qeyd edib. Kihara əlavə şərh və ya qiymətləndirmələr verməkdən imtina edib, lakin Yaponiya beynəlxalq ictimaiyyətlə Şimali Koreya ilə bağlı bütün məsələlərdə sıx əməkdaşlığı davam etdirəcəyini vəd edib.

Lukaşenko çərşənbə günü Pxenyan şəhərinə gəlib. O, Rusiya Prezidenti Vladimir Putinin xahişi ilə Şimali Koreyanın xüsusi əməliyyatlarda göstərdiyi dəstəyə görə minnətdarlıq əlaməti olaraq “Azadlıq” abidəsini ziyarət edib və gül dəstəsi qoyub.

Pxenyanın Kim İr Sen meydanında keçirilən qarşılanma mərasimində Kim Çen In Lukaşenkonu qəbul edib. Belarus nümayəndə heyətinə baş nazirin müavini Yuri Şuleyko, Xarici İşlər naziri Maksim Rıjenkov, Səhiyyə naziri Aleksandr Xodjayev, Təhsil naziri Andrey İvanets və Sənaye naziri Andrey Kuznetsov daxildir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »