Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahbaz Şərif: "Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"
Şahbaz Şərif: "Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"

Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

“Pakistan regionda və onun hüdudlarından kənarda sülh və sabitlik naminə Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün dialoqun aparılmasına yönəlmiş səyləri alqışlayır və tam dəstəkləyir.

ABŞ və İranın razılığı olduğu təqdirdə, Pakistan davam edən münaqişənin hərtərəfli həllinə nail olmaq üçün mənalı və yekun danışıqların keçirilməsinə ev sahibliyi etməyə hazırdır və bundan şərəf duyar”,- Şahbaz Şərif bildirib.

Son xəbərlər
Bütün xəbərlər »