İran bütün Yaxın Şərqi, müharibə etməyən ölkələri atəşə tutur.
"Report" xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp deyib.
"Buna səbəb İranın Yaxın Şərqi ələ keçirmək istəyidir",- Tramp bildirib.
ABŞ Prezidenti buna və İranın nüvə silahı yaratmasına imkan verməyəcəyini vurğulayıb:
"Biz bu dəlilərin nüvə silahına sahib olmasına imkan verə bilmərik, çünki onlar nüvə silahından istifadə edəcəklər".






