Macarıstanın Baş naziri Viktor Orban aprelin 12-də ölkədə keçiriləcək parlament seçkilərində qələbə qazanacağına əmin olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, "Politico" jurnalistinin müvafiq sualına Orban qətiyyətlə “Əlbəttə” cavabını verib. Xatırladaq ki, bir gün əvvəl Macarıstan və Slovakiya Avropa İttifaqının Kiyevə 90 milyard avro ayırmaq və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləmək qərarını bloklamışdı. Zirvə toplantısının yekun bəyanatında bildirilir ki, AB bu məsələni növbəti zirvədə yenidən müzakirə edəcək.
Orban açıqlamasında ölkədə seçicilərin maraqlarını qoruduğunu vurğulayıb: “Buna görə də Vladimir Zelenskinin bizim əleyhimizə tətbiq etdiyi neft blokadasını əngəllədim. Beləliklə, ölkənin maraqlarını müdafiə etdim,” – deyə Baş nazir bildirib.
Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka da qeyd edib ki, “Drujba” neft kəməri məsələsini siyasətləşdirmək qərarını Macarıstan yox, məhz Zelenski verib. “Baş nazirə təhdidi edən tərəf Macarıstan deyil, məhz o idi,” – deyə siyasətçi əlavə edib.
AB liderlərinin bir qismi Orbanın seçkidə uduzacağını ümid etdiyini gizlətmir. Bununla belə, bir çox iştirakçı liderlər Macarıstan Baş nazirinin yenidən seçilməsinin ehtimalını yüksək qiymətləndirir, deyə Avropa İttifaqı rəsmilərindən biri bildirib.
Bizimyol.info






