Bayram günlərində vətəndaşların istirahət üçün milli parklar və dövlət qoruqlarına ziyarət xüsusilə aktuallaşır. Bu səbəbdən bayram müddətində bu ərazilərin iş rejimi və giriş şərtləri barədə məlumat vacibdir.
- Milli parklar və dövlət qoruqları bayram günlərində necə fəaliyyət göstərəcək?
İş saatları hansı qaydada olacaq?
Yaranan sualla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, bayram günlərində ölkə ərazisində yerləşən milli parklarda ziyarət rejimi dəyişmir, giriş saatları və qaydalar olduğu kimi qüvvədə qalır: “Bayram günlərində milli parklar əvvəlki rejimdə səhər saat 9:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək. Ziyarətçilər mühafizə rejiminin tələblərinə əməl etməklə, milli parkları ziyarət edə bilərlər”.
Günel Həsənova, Bizimyol.info






