Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaşinqtonda yüksək rütbəli rəsmilərin yaşadığı hərbi baza üzərində naməlum dronlar göründü
Vaşinqtonda yüksək rütbəli rəsmilərin yaşadığı hərbi baza üzərində naməlum dronlar göründü

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən və dövlət katibi Marko Rubio ilə Pentaqon rəhbəri Pit Hegsetin yaşadığı hərbi bazanın üzərində naməlum pilotsuz uçuş aparatları müşahidə edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, son 10 gün ərzində gecələrin birində Fort-Makneyr hərbi bazası üzərində bir neçə dron görünüb. ABŞ hakimiyyəti onların haradan gəldiyini müəyyən edə bilməyib. Məlumatda qeyd olunur ki, Vaşinqton administrasiyası İranın ABŞ ərazisindəki vəzifəli şəxslərə qarşı mümkün cavab zərbələrindən ehtiyat edir.

Dronların peyda olmasından sonra təhlükəsizlik tədbirləri gücləndirilib. ABŞ rəsmiləri Rubio və Hegsetin təxliyə olunması variantını da nəzərdən keçiriblər, lakin bu addım atılmayıb. Daha sonra Ağ evdə keçirilən iclasda insidentlə bağlı mümkün tədbirlər müzakirə olunub.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı İranın ən böyük şəhərləri, o cümlədən Tehran zərbələrə məruz qalıb.

Ağ ev bu addımı Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb.

İslam İnqilabı Keşikçiləri Korpusu isə genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edərək İsraildəki obyektlərə zərbələr endirib. Həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də hücumlara məruz qalıb. İran ərazisinə edilən zərbələr nəticəsində ali dini lider Ayətullah Əli Xamenei və respublika rəhbərliyinin bəzi əsas fiqurları həlak olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »