Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşada naməlum təyyarənin qalıqları tapılıb
Polşada naməlum təyyarənin qalıqları tapılıb

Belarus sərhədi yaxınlığında, Polşada naməlum tipli naməlum təyyarənin qalıqları tapılıb.

Bizimyol.info xəbər verir ki, "Polsat News"un məlumatına görə, tapıntı Krzyvoviezba kəndinin sakini tərəfindən evlərdən təxminən 2 km məsafədə yerləşən meşədə aşkar edilib.

Polis hesab edir ki, qalıqlar ötən il sentyabrın 10-da Ukraynaya qarşı kütləvi hücum zamanı Polşaya daxil olan Rusiya dronlarını vurmaq üçün NATO müttəfiqlərinin buraxdığı raketin qalıqları ola bilər.

Hərbi polis əməkdaşları hadisə yerinə gəliblər. Ərazidə aparılan axtarış zamanı əşyanın əlavə qalıqları üzərinə düşdüyü ağacın gövdələrindən birində tapılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »