İran ABŞ və İsrailin yeni müharibəyə hazırlaşmaq üçün mümkün atəşkəsdən istifadə edəcəyinə inanır və buna görə də yenidən hücuma məruz qalacağını bilərək heç vaxt atəşkəsə razılaşmayacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi bildirib.
"Bu müharibəni biz başlatmamışıq. Xalqımız ciddi və vicdanla diplomatik danışıqlar apararkən ölkələrinə doqquz ay ərzində iki dəfə hücum edilməsini qəbul etməyəcək.
İran xalqı iki pis rejimin ölkəmizə qarşı müharibəni qızışdırmasını və tətbiq etməsini qəbul etməyəcək. Onlar nə vaxt zərər çəkdikdə, sursat və təhlükəsizlik problemləri olduqda, atəşkəs bağlamış kimi davranacaq, bir müddət sonra yenidən bu cür hücumlara başlayacaq. Biz, hər gün yenidən başlaya biləcək müharibə üçün "atəşkəs oyununa" razı deyilik", - deyə o, brifinq zamanı bildirib.
Qadir, Bizimyol.info






