Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klinik psixoloq: “Valideynlər təhlükəsizlik səbəbilə uşaqları küçədə tək oynamağa əvvəlki qədər icazə vermirlər”
Klinik psixoloq: “Valideynlər təhlükəsizlik səbəbilə uşaqları küçədə tək oynamağa əvvəlki qədər icazə vermirlər”

Əvvəllər uşaqlar boş vaxtlarının böyük hissəsini küçədə, həyətdə, parkda müxtəlif hərəkətli və maraqlı oyunlar oynayaraq keçirirdilər. Onlar dostları ilə birlikdə qaçır, yarışır, müxtəlif oyunlar təşkil edir. Bu zaman həm də onlar sosiallaşırlar. Ancaq hazırda bu vəziyyət fərqlidir.

  • Uşaqlar niyə əvvəlki kimi hərəkətli oyunlar oynamırlar?
  • Uşaqların sosial bacarıqlarının inkişafında küçə oyunlarının rolu nədir?

Klinik psixoloq Leyla Məmmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, küçə oyunları uşaqların həm fiziki, həm də sosial inkişafı üçün çox əhəmiyyətlidir: “Müasir dövrdə uşaqların həyat tərzi əvvəlki nəsillə müqayisədə xeyli dəyişib. Texnologiyanın inkişafı nəticəsində telefon, planşet və kompüter oyunları uşaqlar üçün daha əlçatan və daha maraqlı olub. Bundan əlavə, valideynlər təhlükəsizlik səbəbilə uşaqları küçədə tək oynamağa əvvəlki qədər icazə vermirlər. Şəhər mühitində oyun üçün uyğun açıq sahələrin azalması və uşaqların dərs və əlavə məşğələlərlə daha çox məşğul olması da onların açıq havada keçirdiyi vaxtın azalmasına səbəb olur. Küçə oyunları uşaqların sosial inkişafında çox vacib rol oynayır

1. Uşaqlar ünsiyyət qurmağı və dostluq etməyi öyrənirlər.

2. Oyun zamanı onlar qaydalar qoymağı və qaydalara əməl etməyi mənimsəyirlər.

3. Komanda ilə işləməyi, əməkdaşlıq etməyi və bir-birinə kömək etməyi öyrənirlər.

4. Mübahisələr zamanı problemləri həll etməyi və kompromis tapmağı bacarırlar.

5. Bu oyunlar həm də özünə inamın və liderlik xüsusiyyətlərinin formalaşmasına kömək edir.

Küçə oyunları uşaqların həm fiziki, həm də sosial inkişafı üçün çox əhəmiyyətlidir. Uşaqların gülüşü, qaçışı və dostları ilə bölüşdüyü sadə oyun anları onların uşaqlıq xatirələrinin ən dəyərli hissəsinə çevrilir. Açıq havada oynamaq uşaqlara azadlıq hissi, sevinc və ünsiyyət bacarığı qazandırır. Məhz buna görə də uşaqlara bu imkanları yaratmaq onların sağlam, xoşbəxt və sosial baxımdan güclü böyüməsi üçün çox vacibdir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »