İranın mərkəzində yerləşən İsfahan şəhərindəki aviasiya kollecinə havadan hücum edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Əl-Hədəs" TV məlumat verib.
Kanalın məlumatına görə, şəhər daxilində partlayış səsləri eşidilib və İsfahan səmasında hərbi təyyarələr görünüb.
Mümkün ziyan və ya itki barədə hələlik heç bir məlumat verilməyib.
Bizimyol.info






