Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran generalı ABŞ və İsrailə qti cavab veriləcəyini bildirdi
İran generalı ABŞ və İsrailə qti cavab veriləcəyini bildirdi

İran, ABŞ və İsrail tərəfindən “yaşayış məntəqələrinə” yönəlmiş genişmiqyaslı hücumlara sərt cavab verəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran ordusunun sözçüsü, general Abolfazl Şekerçi bildirib.

Onun sözlərinə görə, bu hücumlar əslində ABŞ və İsrailin İran silahlı qüvvələrinə birbaşa müqavimət göstərə bilməməsinin əksidir. General vurğulayıb ki, amerikalılar və israililər İran qüvvələrinin döyüş meydanında həyata keçirdiyi “güclü hücumlara” qarşı çıxmağa qadir olmadıqları üçün cavab olaraq “sülhsevər əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı hücumlar” həyata keçiriblər.

“Bu hücumların qisası tezliklə alınacaq. Onlara çox sarsıdıcı zərbələr vurulacaq”, — deyə Şekerçi xəbərdarlıq edib.

O, həmçinin bölgə sakinlərinə ABŞ və İsrail hərbçiləri ilə əməkdaşlıq etməməyi tövsiyə edib və hərbçilərin yerləşdiyi məkanları açıqlamağa çağıraraq, sülhsevər əhalinin “canlı qalxan” kimi istifadə edilməməsini istəyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »