Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın Aİ-yə sürətli üzvlük planı rədd edildi
Ukraynanın Aİ-yə sürətli üzvlük planı rədd edildi

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən irəli sürülən, Ukraynanın 2027-ci ildə sürətlə Aİ-yə üzv olması nəzərdə tutulan "tərs genişlənmə" təklifini qəbul etməkdən imtina ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Politico nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Səfirlər qərarlarını 4 martda Brüsseldə keçirilən şam yeməyində Aİ prezidentinə açıqlayıblar və təklifi "mübahisəli" adlandırıblar. Qeyri-rəsmi görüşdə iştirak edən diplomatlar nəşrə bildiriblər ki, bu ideyaya qarşı çıxanlar "tərs genişlənmənin" Ukrayna üçün yararsız olduğunu açıq şəkildə bildiriblər və hətta təkliflə bağlı güzəştə getməyə belə hazır deyillər.

Bir müddət əvvəl "Reuters" agentliyi Ukraynanın münaqişənin mümkün sülh yolu ilə həllinin bir hissəsi olaraq Aİ üzvlüyünə sürətləndirilmiş yol təqdim etmək təşəbbüsünün Aİ ölkələrinin ciddi müqaviməti ilə üzləşdiyini bildirmişdi. Von der Leyen genişlənmə mexanizminin dəyişdirilməsi ehtimalını gizli şəkildə müzakirə edib. Söhbət "tərs genişlənmə" konsepsiyasından gedirdi ki, bu konsepsiyaya əsasən, ölkə minimum tələbləri yerinə yetirdikdən sonra AB-yə qoşula bilər, lakin meyarlar tam yerinə yetirilənə qədər vəsaitlərə və qərar qəbuletmə mexanizmlərinə məhdud çıxış imkanı ilə.

Lakin, "Reuters" mənbələrinə görə, təşəbbüs dəstək qazana bilməyib. Agentliyin mənbələrindən biri bildirib ki, "tərs genişlənmə konsepsiyası artıq ölüb". Başqa bir mənbə qeyd edib ki, Ukrayna üzvlüyə "hələ hazır deyil" və ciddi korrupsiya problemləri ilə üzləşir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »