Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Naxçıvana dron hücumu və Azərbaycanın tələbləri
İranın Naxçıvana dron hücumu və Azərbaycanın tələbləri

İranın Naxçıvana dron zərbələri endirməsi çox xoşagəlməz hadisədir. İran ərazisindən Azərbaycan ərazisinə iki dron atılıb. Onlardan biri Naxçıvan Beynəlxalq Hava Limanı terminal binasına, o biri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hadisə bu gün - martın 5-də olub. Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayaraq, hadisəni pisləyib, İran tərəfindən izahat istənilib, xəbərdarlıq edilib. Bu məqsədlə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. Açıqlamada deyilir: "İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək".

Daha əvvəl isə Türkiyə ərazisinə İran ərazisindən ballistik raketlə hücum olmuşdu, həmin raket vurularaq Hatay vilayəti üzərində düşürülmüşdü. Türkiyə prezidenti, xarici işlər naziri adekvat bəyanatlar vermiş, hadisəni pisləmişlər. İranın Türkiyədəki səfiri də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılmışdı. Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın özü batarsa, hamını batırmaq strategiyasının yanlış olduğunu dilə gətirmişdi.

Dünən Türkiyənin, bu gün isə Azərbaycanən ərazisinə İran tərəfdən hava hücumları bir sıra suallar yaradır. Baş verən hadisələrlə bağlı iki versiya var: ya bu İran tərəfindən qəsdən edilmiş təxribatdır, ya İran daxilindən və ya xaricindən qaynaqlanaraq, İranın rəsmi iradəsindən kənarda törədilmiş bir əməldir, yaxud bu, İran hərbçilərinin buraxdığı yanlışlıq nəticəsində bilməyərəkdən baş vermiş hadisədir.

Birinci iki versiya (yaxud onlardan biri) doğru isə, bu, Azərbaycanı və Türkiyəi İran böhranına daxiı etmək məqsədi daşıyır. Əgər belədirsə, rəsmi Tehran bunun izahatını verməlidir. Eləcə də, hücum yanlışlıqla edilibsə, bu da əsaslandırılmalıdır, isbatı ortaya qoyulmalıdır.

İran, məlum olduğu kimi, Hörmüz boğazını bağlamışdı. Sonradan bəyan olunduğuna görə, "iki dost ölkə üçün" keçid açıldı. Azərbaycan və Türkiiyə də İrana dost ölkədir və öz ərazilərindən İrana qarşı istifadə olunmasına icazə verməyiblər. Nə indi, nə əvvəl. İrana qarşı iqtisadi və sair sankiyalara da heç vaxt qoşulmayıblar. Əksinə, hər zaman ABŞ-İsrail tandemi ilə İran arasındakı problemlərin diplomatik yollarla həllinə çalışıblar. Deməli, o halda İranın qəsdən Azərbaycan və Türkiyə ərazilərini vurması üçün heç bir əsas yoxdur. Yanlışlıq da varsa belə, bunun izahatı verilməlidir. Azərbaycan, eləcə də, Türkiyə öz tələblərində haqlıdır.

Seyid Əhmədli, bizomyol.info

Son xəbərlər
Bütün xəbərlər »