ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatların ilk 24 saatı ərzində təxminən 779 milyon dollar xərcləyib. Bu məbləğ ölkənin 2026-cı il üçün nəzərdə tutulan ümumi hərbi büdcəsinin təxminən 0,1 faizinə bərabərdir.
Bizimyol.info xəbər verir ki, məlumatı "Anadolu" agetliyi verib.
Bildirilib ki, ilk sutkada ən böyük xərc maddəsi “Tomahawk” qanadlı raketlərinin buraxılışı olub – bu məqsədlə 340,4 milyon dollar sərf edilib. Döyüş təyyarələrinin uçuşları isə 271,3 milyon dollara başa gəlib.
Xərclərə görə üçüncü yerdə "HIMARS" reaktiv yaylım atəşi sistemlərindən istifadə, kəşfiyyat məlumatlarının toplanması və maddi-texniki təminat dayanır – ümumilikdə 122,2 milyon dollar. Strateji "B-2 Spirit" bombardmançıları ilə endirilən zərbələrə isə təxminən 30,2 milyon dollar xərclənib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. "White House" hücumları İranın raket və nüvə təhdidləri ilə əsaslandırıb.
Zərbələr nəticəsində ölkənin ali dini lideri Ali Xamenei və respublika rəhbərliyinin bir sıra əsas fiqurlarının həlak olduğu bildirilir.
İran Silahlı Qüvvələrinin elit birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölməsi) cavab olaraq genişmiqyaslı əməliyyata başladığını açıqlayıb və İsraildəki hədəflərə zərbələr endirib. Bundan əlavə, ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də hücumlara məruz qalıb.
Qadir, Bizimyol.info






