Yunanıstan adadakı Britaniya Akrotiri hava bazasına dron hücumlarından sonra Kiprə iki dəniz freqatı və iki "F-16" qırıcı təyyarəsi göndərir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Proto Thema" qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, "Yunanıstan bu gün yenidən siren səsləri eşidildiyi və qırıcı təyyarələrin Britaniya hərbi bazasının yaxınlığından havaya qalxdığı üçün Kiprə iki freqat (onlardan biri "Kimon") və bir cüt "F-16" qırıcı təyyarəsi göndərir". Qəzet qeyd edir ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias 3 martda Kiprə yola düşəcək.
"Cyprus Mail" mənbələrə istinadən xəbər verib ki, bu günortadan sonra Kiprdəki Britaniya Akrotiri hava bazasında yeni bir təhlükəsizlik təhdidi elan edilib. Daha əvvəl Kipr Respublikasının prezidenti Nikos Xristodulides bazaya yerli vaxtla bazar ertəsi saat 00:03-də (01:03) dron hücumunu təsdiqləyib.
Qadir, Bizimyol.info






