İran ABŞ və İsrailin hücumlarından sonra "tammiqyaslı müharibə" vəziyyətindədir və Ali Rəhbər Ayətullah Əli Xameneinin sui-qəsdinin qisasını alacaq.
Bizimyol.info xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu erməni həmkarı Ararat Mirzoyanla söhbətində bildirib.
"Biz tammiqyaslı müharibə vəziyyətindəyik və İran İslam Respublikası bu həyasız hücuma cavab olaraq işğal olunmuş ərazilərə (İsrail ərazisi nəzərdə tutulur) və bölgədəki ABŞ bazalarına zərbələr endirib və lazım olduğu qədər özünü müdafiə etməyə və şəhid liderinin qanının qisasını almağa hazır olacaq", - deyə İran dövlət televiziyası İslam Respublikasının Xarici İşlər Nazirliyinə istinadən bildirib.
Bizimyol.info






