Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, Agentlik İrandakı nüvə obyektlərinə dəyən mərmilərlə bağlı heç bir məlumat qeydə almayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə o, İslam Respublikasına endirilən zərbələrlə əlaqədar Rusiyanın tələbi ilə keçirilən BAEA İdarə Heyətinin xüsusi iclasında bildirib.
"İrandakı nüvə obyektlərinin statusuna gəldikdə, hazırda Buşehr Atom Elektrik Stansiyası, Tehran Tədqiqat Reaktoru və ya digər nüvə obyektləri də daxil olmaqla, onlardan heç birinin zədələndiyinə və ya hücuma məruz qaldığına dair heç bir əlamət barədə məlumatımız yoxdur", - deyə Qrossi qeyd edib.
Bizimyol.info






