Bütün ABŞ hərbi bazaları İranın zərbə məsafəsindədir.
Bizimyol.info xəbər verir ki, bu barədə bir İran rəsmisi "Reuters" agentliyinə bildirib.
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. Ağ Ev hücumu İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq və raket təhlükəsini aradan qaldırmaq zərurəti ilə əsaslandırıb. İİKK yəhudi dövlətinə qarşı cavab raket atışları elan edib.
Bizimyol.info






