ABŞ Prezidenti Donald Trump İran əleyhinə hərbi əməliyyatla bağlı hələlik yekun qərar qəbul etmədiyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, o, həmçinin bildirib ki, “bu gün əlavə danışıqlar aparılacaq”.
“İranla bağlı hələ qərar verməmişik, lakin mən razılaşmanı məhz indi əldə etmək istəyirəm”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton Tehranın danışıqlar aparma tərzindən narazıdır və İranın nüvə silahına sahib olmamalı olduğunu israrla bildirir. “Biz hələ son qərarı verməmişik. Onların danışıqları necə apardığından tam razı deyilik. İran nüvə silahına malik ola bilməz və onların mövqeyi bizi qane etmir”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp əlavə edib ki, İran tərəfi “qızıl sözləri – nüvə silahı olmayacaq” ifadəsini səsləndirməkdən imtina edir. “İranda rejim dəyişikliyi baş verə də bilər, verməyə də bilər. Amma mən razılaşma əldə etmək istəyirəm”, – deyə o bildirib.
Trampın danışıqlarla bağlı açıqlamasının, ehtimal ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə İranla danışıqlarda vasitəçi rolunu oynayan Omanın xarici işlər naziri arasında keçiriləcək görüşə aid olduğu bildirilir.
Qadir, Bizimyol.info






