Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts, Epşteynlə əlaqələrinə görə Fondunun işçilərindən üzr istəyib
Bill Qeyts, Epşteynlə əlaqələrinə görə Fondunun işçilərindən üzr istəyib

Amerikalı sahibkar və "Microsoft"un həmtəsisçisi Bill Qeyts, pedofiliya ilə ittiham edilən maliyyəçi Jeffrey Epşteynlə olan əlaqələri səbəbindən Fondunun işçilərindən üzr istəyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat verib.

Qeyts, Fondunun işçiləri ilə görüşdə: "Epşteynlə vaxt keçirmək böyük bir səhv idi. Bu hekayəyə qarışmış insanlardan üzr istəyirəm", – deyə bildirib. Eyni zamanda, o, heç bir qanunsuz hərəkət etmədiyini və qanunsuz bir şey görmədiyini iddia edib.

Qeyts, ABŞ Ədalət Nazirliyinin yeni yaydığı şəkillərin, Epşteynin özü tərəfindən, onun köməkçiləri ilə çəkildiyini də vurğulayıb: "Mən heç vaxt onun ətrafındakı qadınlarla, qurbanları ilə vaxt keçirməmişəm", – deyə sahibkar bildirib.

Görüşdə Qeyts, həmçinin, iki rus qadını ilə romantik əlaqələrini etiraf edib. O, daha sonra bu münasibətlərin Epşteyn tərəfindən öyrənildiyini qeyd edib, lakin Qeytsin sözlərinə görə, bu qadınlar maliyyəçinin qurbanları ilə heç bir əlaqəyə malik olmayıb.

4 fevralda "9News" kanalına verdiyi müsahibəsində Bill Qeyts, Epşteynlə əlaqələrindən peşman olduğunu bildirib. Sahibkar, 2011-ci ildə Epşteynlə tanış olduğunu və üç il ərzində bir neçə dəfə onunla yemək yediyini açıqlayıb. Həmçinin, Qeytsin nümayəndəsi, mediada yayılan və Epşteynin villasındakı qadınlarla görüşdən sonra onun cinsi yoluxucu xəstəliklərə yoluxması barədəki xəbərləri təkzib edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »