Böyük Britaniyanın baş naziri Keir Starmer Londonda və Qərb müttəfiqləri ilə birgə çoxmillətli müdafiə mexanizmi yaratmaq niyyətindədir. Layihə birgə silah alışı və silahlanmanın yenilənməsi üzrə xərclərin azaldılmasını nəzərdə tuta bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" Britaniya rəsmilərinə istinadən məlumat yayıb.
Gözlənilir ki, Starmer Münhen Təhlükəsizlik Konfransında bu məsələni gündəmə gətirəcək. O, müdafiə sahəsində daha sıx əməkdaşlıq çağırışı edəcək və üç gün davam edəcək forum çərçivəsində digər ölkələrin liderləri ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bu ayın əvvəlində hökumət başçısı, Londonun Avropa İttifaqının müdafiə fondunun ikinci mərhələsində iştirak etmək üçün müraciət etməyi nəzərdən keçirəcəyini açıqlayıb.
Söhbət Avropa Komissiyasının, Rusiya ilə bağlı artan narahatlıqlar və Donald Trampın prezidentliyi dövründə ABŞ-ın təhlükəsizlik öhdəliklərinə dair qeyri-müəyyənlik fonunda araşdırdığı SAFE kredit proqramının davamından gedir.
Böyük Britaniyanın 150 milyard avroluq SAFE fonduna qoşulmaq cəhdi ötən noyabrda uğursuz olub. O zaman hökumət maliyyə köməyi etməkdən imtina etmişdi.
Qadir, Bizimyol.info






