Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici taksi şirkətindən açıqlama: “Qiymət artımı məsələsi komandamız daxilində müzakirə olunur”
Xarici taksi şirkətindən açıqlama: “Qiymət artımı məsələsi komandamız daxilində müzakirə olunur”

“Bolt” taksi şirkəti sürücülərə bildiriş göndərib. Bizimyol.info xəbər verir ki, bildirişə əsasən, yanacaq xərclərinin artması səbəbindən bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb. Taksi şirkəti isə bu artımın Bakıda çalışan taksi sürücülərinə şamil edilmədiyini bildirsə də, paytaxtda fəaliyyət göstərən sürücülər belə bir bildiriş aldıqlarını təsdiqləyiblər. Sürücülər bildiriş aldıqlarını desələr də, bunun gediş haqqına təsir etmədiyini bildiriblər.

Qeyd edək ki, “Yango” şirkəti ilə çalışan taksi sürücüləri isə onlara belə bildirişin gəlmədiyini deyiblər.

  • Yanacaq qiymətlərində artımla əlaqədar tariflərə yenidən baxılması planlaşdırılırmı?

Məsələ ilə bağlı “Yango” şirkətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib: “Hazırda qiymətlərdə dəyişiklik yoxdur. Bu məsələ komandamız daxilində müzakirə olunur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »