Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mifologiyada qanadlı atlar insanı ilahi aləmə yaxınlaşdıran müqəddəs varlıqlar kimi qəbul olunurdular - Video
Mifologiyada qanadlı atlar insanı ilahi aləmə yaxınlaşdıran müqəddəs varlıqlar kimi qəbul olunurdular - Video

Mifologiyada atlar xüsusi yer tutur, gücün, sədaqətin rəmzi kimi qəbul edilirdilər. Qanadlı at obrazı da mifologiyada yaranmışdır. Qanadlı atlar adi bir heyvan deyil, göylə yer arasında hərəkət edən, insanı ilahi aləmə yaxınlaşdıran müqəddəs varlıqlar kimi qəbul olunurdular.

Yunan mifalogiyasında məhşur qanadlı at obrazı Peqasdır. Rəvayətə görə Meduza öldürüldükdən sonra Peqas onun qanından yaranmışdır. Peqas səmada sərbəst uça bilən, fövqəltəbii sürətə malik bir varlıq idi. Miflərdə qeyd edilir ki, Peqas qəhrəman Bellerofontun miniyi olsa da, insan təkəbbürlü olduğu üçün bu uzun müddət davam etməyib.

Türk mifologiyasında isə qanadlı atın adı Tulpar olub. Türk mifologiyasına görə, Tulparın qanadları heç kimə görünməzmiş, ancaq seçilmiş insanlara gücünü göstərərmiş.

Qanadlı obrazı İran və Qafqaz mifologiyasında da var. Bəzi mənbələrə görə qanadlı at ilahi xəbərlərin daşıyıcısı olub.

Qanadlı atlar azadlığın, sürətin, ilham və ilahi güc anlayışlarının təzahürü kimi qəbul edilir. Qanadlı atlar sanki insanın maddi dünyadan ayrılaraq daha yüksək dəyərlərə can atmasını təcəssüm etdirir.

Qanadlı atlar ədəbiyyatda, incəsənətdə və fəlsəfi düşüncədə ilham rəmzi kimi qəbul olunur. Qanadlı atlar mifoloji məhsul olsa da, bu mifoloji varlıqdan bəhrələnənlər də az deyil.  Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş etdirilən qanadlı atın yaradıcı kimi… Bu heykəl sübut edir ki, qanadlı atlar sadəcə fantastik varlıq deyil, insanın dünyanı anlamaq, azadlıq və ucalıq arzularını ifadə etmək üçün yaratdığı dərin mənalı simvollardır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »