Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğrudanmı, Trampın dediyinə dərhal inanmaq olmaz?
Doğrudanmı, Trampın dediyinə dərhal inanmaq olmaz?

ABŞ Venesuelaya hərbi müdaxilə edib. Prezident Donald Tramp bunu təsdiqıəyib. Hətta Venesuela prezidenti Nilolas Maduronun həyat yoldaşı ilə birlikdə tutulub, ölkəsindən çıxarıldığını da deyib.

Bu məlumatı ABŞ-ın birinci şəxsi - Prezident desə də, Amerika mətbuatının özü və başqa beynəlxalq media nəhəngləri bunu təsdiqlənmiş xəbər kimi dərc etməyə tələsmədilər; müstəqil mənbələrdən dəqiqıəşdirməyə çalışırlar.

Bu, çox qəribə - kuryoz bir vəziyyəti göz önünə gətirir: dünya mediası, hətta ABŞ-ın özündəki nəhəng media struktirları belə Prezident Trampı mötəbər mənbə hesab etmir. Onun bu və ya başqa məsələlətdə yanlış, hətta bir-birini təkzib edən bəyanatlar verməsi birinci dəfə deyil. "Rusiya Ukraynanın uğur qazanmasını istəyir" deyən bir adama hansı media orqanı niyə və necə inansın ki?! Hətta bu yaxınlarda onun verdiyi bir açıqlamanı dövlət katibi Marko Rubio rəsmən təkzib etmişdi.

Prezident Tramp elə Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərə dair bəyannamənin Vaşinqtonda imzalanması haqqında da qəribə açıqlama vermişdi. Guya o, Azərbaycan və Ermənistan liderlərinə deyib ki, Vaşinqtona gəlib, sülh sənədinə imza atmasalar, hər iki ölkəyə ticarət embarqosu tətbiq edəcək. Bu açıqlama da dünya mediasında mötəbər xəbər deyil, əsasən ironiya ilə qarşılammışdı. Elə təkcə Trampın Ukraynaya dair "sülh" planları onun beynəlxalq siyasət məsələlərinə hansı siyasi "ciddiyyət"lə yanaşdığını göstərir.

Bəlkə də bu yazı dərc olunana qədər Maduronun həbsi təsdiq və ya təkzib olunacaq. Ancaq istənilən halda beynəlxalq aləmdə yeni bir reallıq göz önündədir: dünyanın birinci dövləti olan ABŞ-ın birinci şəxsinin verdiyi məlumatlara artıq birinci mənbənin xəbəri kimi etibar edilmir. Əlavə təsdiqlənməyə ehtiyac duyur bu xəbərlər. Dünyanım birinci dövləti doğrunu danışmırsa, deməli, etdiklərinin, edəcəklərinin doğruluğu da sorğulanacaq. Bu, dünyanı heç də yaxşı bir yerə aparmır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »