Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxtəlif işarələr və naxışları olan qəbirdaşları Qala qəbiristanlığında qədim tarixin izlərini daşıyır - Video
Müxtəlif işarələr və naxışları olan qəbirdaşları Qala qəbiristanlığında qədim tarixin izlərini daşıyır - Video

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaxınlığında qədim Qala qəbiristanlığı var. Qala kəndini ziyarət edərkən, qədim qəbiristanlıq diqqətimizi çəkdi.

Qala qəbiristanlığının tarixi XI–XIV əsrlərə uzanır. Qəbirlərdə istifadə olunan daşların bir çoxu yerli Abşeron daşından yonulub.

Qala qəbiristanlığının ən maraqlı tərəflərindən biri — başdaşlarında olan qədim işarələr və naxışlardır. Onlar həm həmin insanların sosial vəziyyətindən, həm də inanclarından xəbər verir. Bu işarələr arasında günəş və ay rəmzləri dövrün kosmik təsəvvürlərini göstərir.

Qala qəbiristanlığı ailə və soy bağlarının güclü olduğunu sübut edir.

Bu gün Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan həmin sahə müəyyən qədər qorunur. Tarixi daşlar bərpa olunmadan, yalnız təmizlənərək saxlanılır. Çünki onların hər bir cızığı 300–800 illik həyatın izidir.

Qeyd edək ki, Qala qədim qəbiristanlığı çoxqatlıdır. Burada müxtəlif dövrlərə aid məzarlara rast gəlmək mümkündür. Kurqan tipli məzarlar, bronz dövrünə aid daş və torpaq təpəciklə örtülən qəbirlərdir. Daş qutu qəbirlər qaya parçalarından düzəldilmiş dördbucaq qutu formalı qəbirlər. Abşerona xas dəfn ənənəsidir. Burada orta əsrlərə aid sərdabələr də var. Abşeron kəndlərinin bir çoxunda olduğu kimi, Qalada da sərdabə mexanizmi geniş yayılıb, yəni qəbir yeraltı kamera formasında tikilib.

Qala qəbiristanlığını xüsusi edən cəhət burada həm tunc dövrü, həm antik, həm də orta əsr dəfn izləri görülür. Bölgənin inancları və simvolları daşların üzərində qorunub. Qala qəbirstanlığının bir hissəsi Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxildir. "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksinə yolunuz düşsə, bu qəbiristanlığı da ziyarət edin. Ən azından qədim tarix gözünüz önündə canlana bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »