Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə 6,1 bal gücündə zəlzələ olub
Türkiyədə 6,1 bal gücündə zəlzələ olub

Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda axşam saatlarında 6,1 bal gücündə zəlzələ baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Halların İdarə edilməsi Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerin təxminən 6 kilometr dərinliyində qeydə alınıb. Güclü zəlzələ İstanbul, İzmir, Bursa, Kocaeli, Tekirdağ və Sakarya kimi ətraf vilayətlərdə də hiss olunub.

Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, can itkisi yoxdur, lakin istifadəsiz vəziyyətdə olan 3 bina və 1 mağaza uçub. Zəlzələdən sonra həyəcan səbəbilə 3 nəfər yüngül xəsarət alıb.

Hadisədən sonra AFAD və digər aidiyyəti qurumlar ərazidə qiymətləndirmə işlərinə başlayıblar. Nazirliklər rabitə və infrastrukturda ciddi problem olmadığını açıqlayıb.

Balıkesir Valiliyi təhlükəsizlik məqsədilə 28 oktyabr tarixində bütün məktəblərdə dərslərin dayandırıldığını, hamilə və əlil dövlət qulluqçularının isə inzibati məzuniyyətli sayıldığını bildirib.

AFAD əhaliyə zərər görmüş binalara girməmək və əlaqəni SMS və ya internet vasitəsilə saxlamaq barədə xəbərdarlıq edib. Zəlzələdən sonra bölgədə 26 afterşok qeydə alınıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »